Azərbaycanda 16 yaşda ana olanların sayı

Ölkə içi / Manşet

4 304

Azərbaycanda 16 yaşda ana olanların sayı
Azərbaycanda ötən il 779 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub.

VOİCEPRESS.Az bildirir ki, 2015-ci ildə 20 yaşadək qadınlar tərəfindən 18 056 uşaq doğulub. Uşaqların 175-i 16 yaşadək, 604-ü 16 yaşda, 2116-sı 17 yaşda, 5845-i 18 yaşda, 9316-sı isə 19 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib.

Son 15 il ərzində Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il 2011 olub. Həmin ildə 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 22 432 uşağın 170-nin anasının yaşı 16-ya qədər, 964-nün anası isə 16 yaşda olub.

Son 15 ildə 16 yaşa qədər qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il isə 2014 olub. Həmin ildə 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 19 267 uşağın 228-nin anasının yaşı 16-dək, 740-nın anası 16 yaşda, 2328-nin 17 yaşda, 6083-nün 18 yaşda, 9888-nin isə 19 yaşda olub.

Xatırladaq ki, Azərbaycanda qadın və kişilər üçün nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.


VOİCEPRESS.AZ

Ранее » Bakıda 7 beynəlxalq sərgi keçiriləcək« Далее Əli Kərimlinin köməkçisi barədə qərar verildi
Flag Counter