Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

Ölkə içi / Manşet

3 724

Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

VOİCEPRESS.Az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 15-də saat 17:10-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da "Magistr" jurnalının 7-ci sayında dərc olunacaqdır.

Magistraturanın boş qalan 2890 plan yerinin müsabiqəsində iştirak etmək üçün 605 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 305 nəfər magistratura səviyyəsinə qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2016-cı il avqustun 16-dan 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcəkdir.


VOİCEPRESS.AZ

Ранее » Xalq artistinin erməni ilə foto çəkdirən qızı ölkəni tərk ed...« Далее Bəxtiyar Hacıyevin məhkəməsi olub
Flag Counter