• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Bakının yeni ticarət mərkəzində YANĞIN: 10 nəfər zəhərləndi

Bu gün Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı tüstüdən zəhərlənən 10 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov VOİCEPRESS.Az-a açıqlamasında bildirib ki, tüstüdən zəhərlənən 10 nəfərə tibbi yardım göstərilib.

Baş toksikoloq qeyd edib ki, 10 nəfərin hamısı evə buraxılıb.

Qeyd edək ki, bu gün Bakının Sabunçu rayonunda ümumi sahəsi 4000 kvadratmetr "BİG" Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter