Ayaz Mütəllibovun axtarışda olan mətbuat katibi həbs edildi

Ölkə içi / Manşet

3 856

Ayaz Mütəllibovun axtarışda olan mətbuat katibi həbs edildi
Sabiq prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi işləmiş Teylor İbrahimov (Fətişoğlu) həbs edilib. Bu barədə VOİCEPRESS.Az Ağdam rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, T.İbrahimov avqustun 9-da Ağdamda həbs edilib. O, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakının Nərimanov rayon Polis İdarəsinə təhvil verilib.

T.İbrahimov dələduzluqda ittiham olunaraq axtarışa verilibmiş. Onun barəsində CM-nin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

VOİCEPRESS.AZ

Ранее » ​İsmayıllıda velosiped istehsalı zavodu açılıb« Далее “İnstagram”dan növbəti yenilik