Məleykə Abbaszadəyə yeni vəzifə verildi

Ölkə içi / Manşet

4 984

Məleykə Abbaszadəyə yeni vəzifə verildi
Azərbaycan prezidenti İlham Əliyev Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

VoicePress.az-ın verdiyi xəbərə görə, sərəncama əsasən, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə Məleykə Abbaszadə təyin olunub.

Qeyd edək ki, M.Abbaszadə ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub.

Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.


VoicePress.az



Ранее » TQDK ləğv olundu« Далее Azərbaycanda bu yay dəhşət isti olacaq