• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

Nazirlikdən attestatla xarici universitetlərə qəbul olanlara – BƏD XƏBƏR

"Bəzi təhsil şirkətləri telekanallarda reklam aparır ki, attestatla xarici universitetlərə qəbul olan tələbələrin diplomlarının tanınmasına Təhsil Nazirliyi zəmanət verir. Bu, yanlışdır. Bildiririk ki, heç bir şirkət Təhsil Nazirliyindən belə bir zəmanət almayıb".

VOİCEPRESS.Az APA-ya istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu, insanları aldatmaqdır və şirkətlər subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından istifadə edir: "Zəmanətin verilməsi hüquqi prosesdir. Təhsil Nazirliyi tərəfindən həmin şirkətlərlə bağlı müraciət olarsa, hüquqi çərçivədə cəzalar tətbiq oluna bilər. İnsanlar saxta zəmanət adı ilə işbazların toruna düşməsinlər. Bu məsələ ilə bağlı ciddi narahatlıqlarımız var. Təhsil Nazirliyi tələbələrin xaricdə oxuması ilə bağlı xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramından başqa heç bir şirkətlə əməkdaşlıq etmir".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter