• 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 12:45 – Avropa çempionumuz Dünya Kubokunun finalında 12:39 – 25 ildir, şüşə qalıqlarını atmır, ev, maşın hazırlayır - VİDEO 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 23:52 – Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR 

Nabran çimərliklərində vəziyyət turistləri şoka saldı

Builki yay mövsümündə dincəlmək üçün Nabrana gedən turistlər çimərliklərdə gördüklərindən əsl şok yaşayıblar. Hətta bahalı otel və istirahət mərkəzlərinə yaxın çimərlik əraziləri belə zibil tullantıları ilə əhatələnib. Çimərliklərin natəmiz olması əcnəbi turistlərin də narazılığına səbəb olub.

"İstirahətə gələnlər yediklərini çimərlik ərazisinə atırlar. Qarpız, xiyar-pomidor qalıqları, qarğıdalı, bir sözlə, tullantılar sahilboyu yayılıb".

VOİCEPRESS.Az bildirir ki, bu sözləri Nabranda istirahət edən Nailə Əliyeva virtualaz.org saytına deyib.

Onun sözlərinə görə, çimərlik ərazisinə zibil atmaq üçün qutular qoysaydılar, zibil ora atılardı. "Otel sahibləri deyirlər ki, Nabran ərazisində daimi zibil poliqonu yoxdur. Buna görə də, tullantılar vaxtında daşınmır. Halbuki heç olmasa əcnəbi turistləri nəzərə alıb sahil əraziləri təmiz saxlamaq lazım idi".

Nabran çimərliklərinin daha bir problemi heyvanların çimərlik ərazisinə buraxılmasıdır. Nəzarətsiz qalan mal-qara çimərlik ərazisini batırır, üstəlik zibilin yayılmasına səbəb olur.

Nabranda ev tutub dincələn Məhəmməd Quliyev isə deyir ki, otellərdə hovuzlar var. Amma dənizdə çimmək istəyənlər uzun məsafəni qət etmək məcburiyyətində qalırlar. "Təmiz çimərlik tapmaq müşkülə çevrilib. Çayxana və ya yeməkxanaların əraziləri nisbətən təmiz olur. Çünki əraziyə mal-qara buraxılmır. Amma bu çimərliklərdən istifadə etmək üçün ya çay dəstgahı sifariş vermək, ya da nahar etmək lazımdır. Bu isə baha başa gəlir", - M.Quliyev əlavə edib.

Nabranda turistlərin çox olduğu ərazilərdə meyvə-tərəvəz məhsulları satılır. Səhər saatlarında dənizə getmək istəyənləri xarab olmuş məhsul qalıqları "qarşılayır".

Qeyd edək ki, yerli və əcnəbi turistlərin çoxu istirahət üçün Nabranı seçir. Amma otel və istirahət mərkəzlərində qiymətlərin yüksək olması, digər tərəfdən isə natəmizlik gələnləri narazı salır. Ölkəyə turist cəlb etmək üçün yalnız otel və ya istirahət mərkəzlərində şərait yaratmaqla yanaşı ərazilərin təmizliyinə də fikir vermək lazımdır.

VOICEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter