• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu başlayıb - VİDEO

Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu başlayıb - VİDEO
Bakıda III Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu başlayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, tədbir Almaniyanın Köln Universitetinin Klinikasında həkim-radioloq kimi çalışan həmyerlimiz, tibb elmləri doktoru Nuran Abdullayevin təşəbbüsü ilə baş tutub.

Simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.

Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidləri yad ediblər. Həmçinin professor Nuran Abdullayevin əmisi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şövqiyar Abdullayevin xatirəsi anılıb.

Milli Onkologiya Mərkəzinin xüsusi dəstəyi ilə keçirilən simpoziumda Almaniyadan dəvət edilən mütəxəssislər dünyada ilk dəfə olaraq bu sahədə apardıqları müalicə və diaqniostika metodlarından danışıblar.

Konfransda çıxış edən professor Nuran Abdullayev bildirib ki, məqsəd bu sahənin gələcək inkişaf perspektivlərini simpozium iştirakçıları ilə birgə müzakirə etmək və sözügedən sahənin Azərbaycanda inkişafına dəstək olmaqdan ibarətdir: "Biz interaktiv kurslar, plenar iclaslar və yüksək səviyyəli müzakirə platformalarının birləşməsi sayəsində böyük elmi tədbir təşkil etməyi planlaşdırırıq. Qafqazın iqtisadi cəhətdən sürətli inkişaf edən ölkəsi olan Azərbaycanda son illər tibbin müxtəlif sahələri də inkişaf edir. Belə simpoziumların keçirilməsi isə gələcəkdə tibbin bütün sahələrində inkişafa dəstək olacaq".

Tədbirdə xüsusilə onkoloji xəstəliklərin müasir diaqnostikasından və ən son müalicə metodlarından danışılıb. Eyni zamanda tədbirdə Almaniya modeli əsasında müasir serebrovaskulyar mərkəzin təşkili və Almaniyadan dəvət olunan qonaqların, tibb üzrə elmlər doktoru, professor Anastasios Mpotsaris, tibb üzrə elmlər doktoru Nuran Abdullayev, tibb üzrə elmlər doktoru Volker Maus, tibb üzrə elmlər doktoru Babak Rostamzadeh və tibb üzrə elmlər doktoru Christof M.Sommer bu sahədə etdiyi ən son elmi yeniliklərdən söhbət açıblar.

Tədbirdə iştirak edən yerli mütəxəssislər - Anar Kazımov, Fuad Novruzov və Rasim Babayev müxtəlif onkoloji xəstəliklərin diaqnostikasında və müalicəsində ən son elmi və praktiki bilikləri iştirakçılarla paylaşıblar.

Simpozium çərçivəsində Azərbaycanda ilk dəfə olaraq beyin damarlarının anevrizmasının müalicəsində tətbiq edilən ən müasir metodlar praktiki təlim şəklində iştirakçılara təqdim edilib.









VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter