• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

Baş nazir qaldırılan məsələlərin həllinə söz vermədi - Milli Məclis isə hesabatı qəbul etdi

Baş nazir qaldırılan məsələlərin həllinə söz vermədi - Milli Məclis isə hesabatı qəbul etdi
Milli Məclis Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabatı qənaətbəxş sayıb. VOİCEPRESS.AZ xəbər verir ki, spiker Oqtay Əsədov bugünkü iclasda deyib ki, çıxış edən millət vəkillərinin hamısı Nazirlər Kabinetinin hesabatını qənaətbəxş hesab edir.

Baş nazir Novruz Məmmədov isə deyib ki, Nazirlər Kabinetinin hesabatı ilə deputatlar fikirlərini bildirib, görülən işləri dəyərləndirib, eyni zamanda iradlarını bildiriblər:

“Millət vəkillərinin təkliflərini nəzərə alınacaq. Yolumuz Azərbaycan dövlətçiliyinin əbədi olmasıdır. Bu yolu Heydər Əliyev miras qoyub. Prezident İlham Əliyev başda olmaqla, hər kəs bu yolda əlindən gələni etməlidir. Deputatların maraqlı təklifləri, tövsiyələri oldu. Qeyd edim ki, bir çox məsələlərlə bağıl Prezidentin tapşırığı ilə bağlı işlər görülür. Məsələn, problemli kreditlərlə bağlı Prezidentin sərəncamı oldu. Eyni zamanda, söz vermirəm ki, bütün qaldırılan məsələlər həll olunacaq. Ancaq məsələlərin həll olunmaısna çalışacağıq”.

Baş nazir onu da əlavə edib ki, parlamentin Azərbaycanın inkişafında xüsusi rolu var: “Qarşıdan gələn Novruz bayramı münasibəti ilə sizi təbrik edirəm”.

Daha sonra hesabat səsə qoyulub və qənaətbəxş sayılıb.









VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter