• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

Nazirlik: 5-dən çox uşağı olan qadınların hər uşağına 55 manat veriləcək

Nazirlik: 5-dən çox uşağı olan qadınların hər uşağına 55 manat veriləcək
“Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 5-dən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VOİCEPRESS.AZ-a bildirilib ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Belə ki, gələn ayın, yəni aprelin 1-dən həmin müavinətin məbləği 55 manata çatdırılacaq.

Misal üçün, ailədə 6 uşaq varsa həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə 132 manat çox) vəsait ödəniləcək. Onu da bildirək ki, hazırda ölkəmizdə 5-dən çox uşağı olan qadınların 9 min nəfər uşağına bu müavinət verilir.

25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur.

Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.










VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter