• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

Cocuq Mərcanlıda yeni müəssisənin açılışı oldu

Cocuq Mərcanlıda yeni müəssisənin açılışı oldu
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni müəssisənin açılışı olub. VOİCEPRESS.AZ xəbər verir ki, bunu “Trend”ə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənov bildirib ki, İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Türkiyə İş Adamları Birliyinin iştirakı ilə bal emalı müəssisəsinin açılışı olub, eyni zamanda Cocuq Mərcanlıda istehsal olunan məhsulların satışını həyata keçirəcək səyyar mağaza istifadəyə verilib.

İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, müəssisədə bal emal edilərək qablaşdırılacaq və Cocuq Mərcanlı markası altında satışa çıxarılacaq.

Bundan əlavə hazırda tikintisi davam edən suvenir müəssisəsində də istehsal ediləcək məhsullar həm yerli, həm də xarici bazarlarda satışa çıxarılacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Cocuq Mərcanlıda istirahət parkı da əhalinin istifadəsinə verilib.

Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.











VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter