Bakı Meriyası Qarabağ Komitəsinin müraciətinə baxır

Ölkə içi / Manşet

279

Bakı Meriyası Qarabağ Komitəsinin müraciətinə baxır

“Əziz dostlar, Qarabağ Komitəsi 15 dekabr 2018-ci il tarixində Bakı şəhərində, Məhsul stadionunda, saat 15-17 radələrində “Qarabağa azadlıq”, “İşğala son” şüarları, 10 min adamın iştirakı ilə mitinq keçirmək barədə qərar verib. Mitinqə hazırlıq başlanıb”.

Bu barədə Qarabağ Komitəsinin qurucularından biri, sabiq baş nazir Pənah Hüseyn Facebook statusunda Azərbaycan cəmiyyətinə, xalqa müraciətində yazıb.

Bəs görəsən Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün yer ayrılması müraciətinə müsbət cavab verəcəkmi?

Məsələ ilə bağlı VOİCEPRESS.AZ-a danışan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib ki, Qarabağ Komitəsi tərəfindən mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olub.

“Müraciətə baxılır. Bununla bağlı müvafiq qaydada cavab veriləcək”.







VOİCEPRESS.AZ

Ранее » Allahşükür Paşazadə BƏYANAT verdi« Далее Ceyhun Hacıbəylinin varisləri Bakının bir neçə ali məktəbind...