Mədət Quliyev veloyürüşdə

Ölkə içi / Manşet

252

Mədət Quliyev veloyürüşdə

9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından VOİCEPRESS.AZ-a verilən məlumata görə, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, o cümlədən ilk dəfə olaraq “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun nümayəndələri də iştirak edib.

100-dən artıq velosipedçi Azneft dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də bu cür tədbirlərin keçirilməsinə dəstək verir. Belə bir yürüş noyabr ayının 8-də Cəlilabad rayonunda da təşkil edilib.


Mədət Quliyev veloyürüşdə


Mədət Quliyev veloyürüşdə






VOİCEPRESS.AZ



Ранее » Deputatın və icra başçısının təşəbbüsü ilə gənclər Mill...« Далее Prezident körpü tikintisinə 4 milyon manat ayırdı