“Azərbaycan Dəmir Yolları” daha bir şirkət yaratdı

Ölkə içi / Manşet

369

“Azərbaycan Dəmir Yolları” daha bir şirkət yaratdı

Vergilər Nazirliyi noyabrın 6-da “ADY Servis” MMC-ni dövlət qeydiyyatına alıb.

VOİCEPRESS.AZ nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, yeni şirkət “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Ələddin Yavər oğlu Şıxəliyevdir.

Xatırladaq ki, ADY-nin daha 3 törəmə şirkəti var. Bunlar “ADY Ekspress”, “ADY Konteyner” və “ADY Əmlak” MMC-lərdir.








VOİCEPRESS.AZ

Ранее » Deputat Samir Şərifova etiraz etdi: “Azərbaycanı niyə belə öl...« Далее Təşkilat rəhbərləri Diaspora Dəstək Fondu barədə: “Ümidimi...