Qafqaz Universiteti bağlandı

Ölkə içi / Manşet

3 541

Qafqaz Universiteti bağlandı
Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyindən APA-ya bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyitərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycan mətbuatında tez-tez Qafqaz Universitetinin Fətullah Gülənlə əlaqəsi olduğu yazılır.

Son günlər Türkiyədə baş verən hadisələrdə prezident R.T. Erdoğan ABŞ-da yaşayan ruhani Fətullah Güləni ittiham edir.

Bundan əvvəl Fətullah Gülənlə əlaqəsi olduğu deyilən Türk Liseyləri, hazırlıq kursları da Azərbaycanda bağlanmışdı.

VOİCEPRESS.AZ



Ранее » Mirşahin: "Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm...« Далее Sabahın havası - XƏBƏRDARLIQ
Flag Counter