Prezident Administrasiyasının şöbəsi ləğv olundu

Ölkə içi / Manşet

3 035

Prezident Administrasiyasının şöbəsi ləğv olundu
Azərbaycan Prezidenti Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsi ləğv olunub. VOİCEPRESS “Report”a istinadən xəbər verir ki, struktur islahatlarından sonra İqtisadi siyasət məsələləri şöbəsi Prezidenti Administrasiyasının şöbələri sırasından çıxarılıb.
Onun yerində Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsi yaradılıb.
Bu şöbəyə Mail Rəhimov müdir təyin olunub.
Qeyd edək ki, M.Rəhimov əvvəllər Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri olub.

VOİCEPRESS.AZ




Ранее » ANS-in qapılarını möhürləyirlər- İŞÇİLƏR DİRƏNİŞ GÖSTƏRİR« Далее Vahidlə Mirşahini prokurorluğa apardılar-ANS-Ə CİNAYƏT İŞİ AÇILIR