MN nümayəndələri mükafatlandırıldı

Ölkə içi

1 161

MN nümayəndələri mükafatlandırıldı
“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində fəal iştiraka görə Müdafiə Nazirliyinin nümayəndələri Mustafazadə Xəyyam Xəqani oğlu və Vəliyev Anar Yaqub oğlu Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən “Təşəkkürnamə” və “Fərman” ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS.AZ-a bildiriblər ki, nazirliyin Əlahiddə Nümunəvi Orkestrinin solisti Xəyyam Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.

MN nümayəndələri mükafatlandırıldı

MN nümayəndələri mükafatlandırıldı

VOİCEPRESS.AZ

Ранее » Azərbaycan Xəzərdə döyüş təliminə başladı« Далее Qurban bayramı namazının vaxtı açıqlandı