• 15:53 – Deputatlar pensiyalarla bağlı məsələni müzakirə edəcək 15:34 – “Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək 13:57 – Səfirliklərin fəaliyyəti yoxlanıldı, nöqsanlar aşkarlandı 12:50 – 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır 10:00 – Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında - FOTOLAR 
  • 13:00 – Məmmədyarov - Mnatsakanyan görüşü başladı - YENİLƏNİB 
  • 10:57 – Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib 
  • 09:11 – Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiqləndi 

Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi vurdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

Müdafiə Nazirliyindən VOİCEPRESS.AZ -a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter