Nazirlik Bakıda ağac kəsəni cəzalandırdı

Ölkə içi

657

Nazirlik Bakıda ağac kəsəni cəzalandırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən VOİCEPRESS.AZ -a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.


VOİCEPRESS.AZ

Ранее » Eldar Əzizov Bakı meriyasında kimisə işdən çıxarmağa tələsm...« Далее İndoneziyada baş verən güclü zəlzələdə ölənlər arasında a...