Astroloq: "Böyük tutulma qlobal, kosmik olay olduğu üçün"

Ölkə içi / Maraq / Manşet

756

Astroloq:
Avqustun 11-də Günəş tutulması baş verəcək. Qəribədir ki, 15 gün sonra, yəni avqustun 26-da heç nə olmayacaq. Bunun isə elmi əsasla sübuta yetirilməsə də, min illər ərzində müşahidə olunan nəticəsi var. Tamamlanmayan tutulma böyük hadisələrə gətirib çıxaracaq. Bunun harada baş verəcəyi ilə bağlı dəqiq məlumat verə bilməyəcəm.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli deyib. O, ötən gün bu barədə yaydığı mesajı açıqlayarkən bildirib ki, son 6 ildə tamamlanmayan tutulma baş verməyib:

“Növbəti tutulma yanvarın 15-i baş verəcək. Ona görə bu tutulmalar “açıq” qalır. Deməli, bu, dünyada istər təbii, istər ictimai-siyasi hadisələrdə mütləq özünü göstərəcək. Kosmik ahəng də pozulacaq. Bir neçə dəfə də belə hadisə baş verib. 1991-ci ildə olub: SSRİ-nin dağıldığı ərəfəyə düşüb. Daha sonra 1993-94-cü illərdə bu hadisə yaşanıb: Avropada, Şərqdə müharibə baş verib. Qədim dövrlərdə də deyiblər ki, iki tutulma arasında qlobal hadisələr, gərginliklər olur. İki tutulma arasında oksigen azalır. Hesablamalarıma görə, yaxın 2 ildə də belə hadisə baş verməyəcək. Sonuncu dəfə böyük tutulma 1999-cu ilin avqustunda baş verib. Hansı ki, həmin ərəfədə İstanbulda böyük itki ilə nəticələnən zəlzələ baş vermişdi. Bu hadisə bir də 2071-ci ildə olacaq. Belə hadisələr əsrdə bir dəfə olur. Bəzən iki əsr olmur, bəzən də bir əsrdə iki dəfə olur. Böyük tutulma qlobal, kosmik olay olduğu üçün insanları narahat edir”.

Qeyd edək ki, Səbuhi Rəhimli avqustun 11-də Günəş tutulmasının baş verəcəyi haqqında məlumat yaymışdı. O bu tutulmadan sonra Yer üzündə böyük dəyişikliklər olacağını bildirmişdi.



VOİCEPRESS.AZ

Ранее » "Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial i...