Yeri böyük dəyişikliklər gözləyir

Ölkə içi / Maraq

576

Yeri böyük dəyişikliklər gözləyir
Növbəti dəfə Günəş tutulması olacaq.
VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə tanınmış astroloq Səbuhi Rəhimli qeyd edib. O bildirib ki, avqustun 11-i Günəş tutulması baş verəcək:

“İlin əvvəlindən məlumat verdiyim kimi, bu il tutulmalar maksimumdur: 5 dəfə. Qarşımızda sonuncu astronomik olay durur. Adətən Günəş tutulmasından 15 gün sonra Ay tutulur və bununla da kosmik bioritmin pozulması yarımaylığı tamamlanır. Amma 11 avqustda baş verəcək hadisənin “bağlanışı” olmayacaq. Çünki bu, ilin sonuncu tutulmasıdır və gələn ilin yanvarına qədər nə Yer Aya, nə də Ay Yerə kölgə salacaq. Elmi əsaslandırmalar olmasa da, minillik müşahidə təcrübəsi göstərir ki, bu hallarda Yer üzü böyük dəyişikliklərə uğrayır”.

Qeyd edək ki, iyulun 27-si Ay tutulması baş vermişdi.


VOİCEPRESS.AZ

Ранее » Xərçəng xəstəsi Bayramovadan cəsur addım