• 22:31 – Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 20:44 – İstanbulda 4 mərtəbəli bina uçdu 20:09 – Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 19:45 – Gömrükçülər üçün təlimə start verildi 17:33 – Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi - FOTO 
  • 14:45 – Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB 
  • 11:05 – İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ 
  • 17:18 – Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 

Qolu sarğılı süpürgəçi nazirliyin təklifini rədd etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın - Alaverdova Nelya Mamedovna ilə görüşərək onunla söhbət aparıblar.

Bu barədə VOİCEPRESS.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib.

O bildirib ki, son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu iddia olunan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir:

“Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiya alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əməkhaqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib”.

F.Talıblı əlavə edib ki, N.Alaverdovaya heç olmazsa yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib:

“Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq, özü-özünə qulluq edə bildiyini deyib.

Bu məsələdə KİV nümayəndələrinin, xüsusilə İTV kanalının xüsusi həssaslığını yüksək qiymətləndirir, cəmiyyətimizdə bu və buna bənzər hadisələrin aşkara çıxarılmasında mətbuatın fəallığını alqışlayırıq”.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter