• 22:31 – Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək 20:44 – İstanbulda 4 mərtəbəli bina uçdu 20:09 – Qafqaz almanlarının nəvə və nəticələri Göygöldə - FOTO 19:45 – Gömrükçülər üçün təlimə start verildi 17:33 – Deputat 30 seçicini Məşhəd ziyarətinə göndərdi - FOTO 
  • 14:45 – Moskvada Qarabağ danışıqları yekunlaşdı - YENİLƏNİB 
  • 11:05 – İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ 
  • 17:18 – Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrıldı 

Bakıda çökmüş yolda zirzəmi aşkarlandı


İlkin araşdırma zamanı məlum olub ki, bu, əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Bu barədə AAYDA-dan VOİCEPRESS.AZ -a Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazi barədə danışarkən deyiblər.

Bildirilib ki, aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb:

“Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. Bakı Metropoiteni QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası ötən gün gecə saatlarında sındığından müvəqqəti yolda çökmə baş verib.

Hazırda ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

Çökmə qeydə alınan hissə Bakı Metropoiteni QSC-nin sifarişi ilə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Çökmə ərazisində aparılan işlərlə bağlı ətraflı və daha geniş məlumatlar veriləcək” – məlumatda bildirilir.

Qeyd edək ki, C.Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk səhifəsində məlumat paylaşaraq, bunun əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarları olduğunu ehtimal edib.

O bildirib ki, yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir.

Agentlik məsələ ilə bağlı bu gün geniş açıqlama yayacaqlarını bildirmişdi.

Bakıda çökmüş yolda zirzəmi aşkarlandıBakıda çökmüş yolda zirzəmi aşkarlandı


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter