Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır

Ölkə içi

279

Anar: Bu, dövlətimizə, xalqımıza qarşı addımdır
Gəncədə baş verən hadisələrə görə hər bir Azərbaycan vətəndaşı kimi dərindən təəssüflənirəm.

Bu sözləri VOİCEPRESS.AZ -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Gəncədə iki polis zabitimizin radikal qruplar tərəfindən şəhid edilməsi haqqında danışarkən deyib. O, Gəncədəki olayı dövlətə, xalqa qarşı atılmış bir addım kimi qiymətləndirib:

“Gəncədəki radikalların törətməyə çalışdığı iğtişaşların qarşısı alınarkən polislərimiz qətlə yetirilib, bundan əvvəl isə icra başçısına sui-qəsd cəhdi edilib. Bütün bunlar məni çox məyus edir. Bu, doğrudan da çox xoşagəlməz hadisədir. Dövlətçiliyimizin əleyhinə olan hər bir hadisəni qəti şəkildə pisləyirəm”.

Xalq yazıçısı əhalini ayıq-sayıq olmağa, din adından sui-istifadə edib, Azərbaycanın düşmənlərinin sifarişini yerinə yetirənlərə qarşı sərt münasibət ortaya qoymağa çağırıb.


VOİCEPRESS.AZ

Ранее » Dini Komitədən Harun Yahyanın azərbaycanlı tərəfdarları haqda ...« Далее “Duzlu göl”ə giriş üçün sürücülərdən qanunsuz pul təl...
Flag Counter