• 23:24 – 3 BMT sülhməramlısı güllələndi 22:35 – Suriyada yaşayış məntəqələri bombalandı: 5 ölü 20:43 – BDU-nun hüquq fakultəsinin I kurs tələbəsi itkin düşdü - FOTO 19:07 – Səməd Seyidov Ümumavropa Qarabağ mitinqindən DANIŞDI: “Çox böyük əhəmiyyət kəsb edir” 18:35 – Azərbaycanlıların Brüsseldəki Qarabağ mitinqindən FOTOLAR 
  • 17:09 – Ümumavropa Qarabağ mitinqi başladı – Avropanın ürəyindən CANLI YAYIM 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 12:00 – Jurnalistə Dövlət Komitəsində vəzifə verilib 

Abramov: "Elmar Vəliyev İsraildə olsaydı..."

Elmar Vəliyev İsraildə olsaydı, bəlkə də birinci eşidənlərdən biri mən olardım. Amma mənə nə ailə üzvlərim, nə uşaqlarım, nə də dostlarım bu barədə nəsə deyiblər.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri deputat, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov Musavat.com-a geniş müsahibəsində Gəncə şəhər İH başçısı E.Vəliyevin İsrailə aparılması haqda yayılan məlumatı şərh edərkən deyib.

“Mənim orada yüzlərlə dostum var, özüm orada yatmışam, gəlib mənə baş çəkiblər. Hər bir klinikada Qubadan, Bakıdan adam var. Mənə zəng edib deyərdilər ki, sizin bir məmurunuz bizdə müalicə olunur. Heç birindən zəng gəlməyib. Mənim özümün də xəstəxanaların bir neçəsi ilə daimi əlaqəm var.

Dünən sabiq deputatlardan biri mənə zəng etmişdi ki, bir qohumumu Rambam xəstəxanasına aparmaq istəyirəm. O da ağır vəziyyətdədir, Allah ona şəfa versin! Rambamda da mənim çox yaxın dostlarım var, amma onlardan heç biri mənə deməyib ki, sizin məmur buraya gətirilib”, - Yevda Abramov bildirib.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter