Bakıda avtobus yük maşını ilə toqquşdu - ölən və yaralananlar var

Ölkə içi / Manşet

693

Bakıda avtobus yük maşını ilə toqquşdu - ölən və yaralananlar var
Bakı Nəqliyyat Agentliyi bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

VOİCEPRESS.AZ bildirir ki, "90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.


VOİCEPRESS.AZ

Ранее » Gəncə dindarlarının başçıya hücumla bağlı müraciəti - Vide...« Далее Bakıda avtobus yük maşını ilə toqquşdu - ölən və yaralananla...
Flag Counter