Qərbi azərbaycanlılara çağırış: Erməniləri sevindirməyin!

Ölkə içi

252

Qərbi azərbaycanlılara çağırış: Erməniləri sevindirməyin!
Hadisələrin gedişi onu göstərir ki, ölkədə sabitliyi pozmaqda maraqlı olan xarici qüvvələr hərəkətə keçiblər. Xüsusən, İran fars mollalarının agentləri fəallaşıblar! Yaranmış kritik vəziyyətdə hər bir məsuliyyətli vətəndaş sabitliyin qorunmasına töhvə verməyə çalışmalıdır!

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri Rizvan Talıbov Gəncədə baş verən qanunsuz hərəkətlərlə bağlı qeyd edib. O, qanunsuzluğun qarşısı alınarkən radikal dindarların qətlə yetirdiyi polis polkovniki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami RPi-nin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasova Allahdan rəhmət diləyib və bildirib ki, nə xarici düşmənlərə, nə də tarixi düşmənimiz olan ermənilərə sevinmək imkanı verməliyik:

"Qərbi Azərbaycana Qayıdış Birliyi olaraq, bütün Qərbi azərbaycanlılara müraciət edirəm: Biz, Qərbi azərbaycanlılar, həmişə dövlətçiliyimizin müdafiəçisi olmuşuq və bu gün də dövlətçiliyin, sabitliyin qorunmasında aktiv rol oynamalıyıq! Ona görə də QAQB sədri olaraq sizə müraciət edirəm: İğtişaşlardan uzaq durun, heç bir kütləvi aksiya çağırışlarına qoşulmayın! Bu gün bizdən tələb olunan vətəndaşlıq mövqeyi, ölkəmizin suverenliyinə düşmən olan qüvvələrə fürsət verməməkdən ibarətdir! Təmkininizi saxlayın və heç bir qanunsuz kütləvi aksiyalara qatılmayın və iğtişaş olan yerlərdən uzaq durun! Qanunçuluğu bərpa edən polis qüvvələrinə imkanınız daxilində yardım edin!"


VOİCEPRESS.AZ

Ранее » Xəzərdə balıqlar kütləvi şəkildə ölür - SƏBƏBİ AÇIQLAND...« Далее Şeyx: Bu, regionun sabitliyi üçün həyati əhəmiyyət daşıyır
Flag Counter