• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Sabahın hava proqnozu

Azərbaycanda sabaha, iyulun 10-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS.AZ -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-26, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 10-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter