Elmar Vəliyevi bu gənc əvəz edir

Ölkə içi / REGION+ / Manşet

1 881

Elmar Vəliyevi bu gənc əvəz edir
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum edilib və o, yaralanaraq, xəstəxanaya yerləşdirilib.

VOİCEPRESS.AZ Unikal.org-a istinadən xəbər verir ki, Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev icra edir.

Məlumatı Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Aşağı Şorca kəndində anadan olub. 2013-2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru vəzifəsində işləyib. 03.12.2015-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. 3 övladı var.


VOİCEPRESS.AZ

Ранее » Elmar Vəliyevi güllələyən ŞƏXS« Далее Gəncədə iğtişaş: iki polis əməkdaşı şəhid oldu - Rəsmi
Flag Counter