XƏBƏRDARLIQ: Yağış, şimşək, dolu...

Ölkə içi / Manşet

1 584

XƏBƏRDARLIQ: Yağış, şimşək, dolu...
İyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS.AZ -a verilən məlumata görə, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın olacağı ehtimalı var.


VOİCEPRESS.AZ

Ранее » Nazirlik: “Yardımlıdakı meşə yanğını lokallaşdırılır”« Далее Gəncə dindarlarının başçıya hücumla bağlı müraciəti - Vide...
Flag Counter