İstidən təcili yardıma 2133 müraciət oldu – Video

Ölkə içi / Səhiyyə

342

İstidən təcili yardıma 2133 müraciət oldu – Video

İyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı Metropoliten stansiyalarının qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.

VOİCEPRESS.AZ xəbər bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib. O bildirib ki, ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur.

S.Əhmədova ötən gün ərzində BŞTTTYS-nın 103 xidmətinə ümumilikdə 2 133 müraciət daxil olduğunu bildirib:

“Müraciət edənlərin 220-si stasionar şöbələrə yerləşdirilib. Bunların 10-u günvurma hadisəsi ilə bağlı olub, 9-u xəstəxanalara yerləşdirlib. Yay mövsümü girdiyi müddətdən bu günə kimi günvurma diaqnozu ilə 62 müraciət daxil olub. Onlardan 46-sı kişi, 12-si qadın, 4-ü isə uşaqdır. İlansancma diaqnozu ilə 17 müraciət daxil olub. Ölüm faktı qeydə alınmayıb”.


VOİCEPRESS.AZ

Ранее » Bakıda 69 nəfəri gün vurdu« Далее Rəşid Mahmudov əməliyyat olundu
Flag Counter