• 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 
  • 10:20 – Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Külək İsmayıllıda bir kəndə ziyan vurdu

İyunun 17-də ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində İsmayıllı rayonunun Çəmənli kəndinə ciddi ziyan dəyib.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Onun sözlərinə görə, həmin gün rayon ərazisində əsən güclü külək nəticəsində kənddə 20 evə ziyan dəyib: "20 evin damına qismən ziyan dəyib, 1 evin dam örtüyü isə tam sıradan çıxıb".

R.Ağayev bildirib ki, hazırda rayonun elektrik təsərrüfatına vurulan ziyan aradan qaldırılır: "Aidiyyəti strukturların həyata keçirdikləri tədbirlər nəticəsində İsmayıllı rayonunun Çəmənli kəndi və bəzi yaşayış məntəqələri istisna olmaqla kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub, su təsərrüfatının bərpası istiqamətində işlər davam etdirilir. Zərərlə bağlı müraciət olunmuş mülki obyektlərə baxış keçirilir".

VOICEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter