Azərbaycan HHQ-nin Amerika istehsalı olan bu helikopterləri ilk dəfə paradda uçacaq

Ölkə içi

1 269

Azərbaycan HHQ-nin Amerika istehsalı olan bu helikopterləri ilk dəfə paradda uçacaq
Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü münasibəti ilə keçirilən hərbi parada Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş "Bell-412" helikopterləri də ilk dəfə cəlb olunub.

VOİCEPRESS.AZ
xəbər verir ki, "AzeriDefence"nin məlumatına görə, HHQ-nin aviasiya vasitələrinin paytaxt səmasında keçirilən uçuşlarında Amerika istehsalı olan "Bell-412" helikopterləri ilk dəfə görüntülənib.

Uçuş edən 50-dək helikopterin arasında 4 ədəd "Bell-412" helikopteri yer alıb.

Qeyd edək ki, bu hərbi paradlarda nümyiş olunan ilk qeyri-sovet/rus helikopteridir.

Paradda "Bell-412" helikopterləri ilə yanaşı Mi-24, Mi-24G, Mi-35M zərbə, Mi-17 hərbi nəqliyyat və dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş Ka-27 helikopterləri də uçuş edir.

VOİCEPRESS.AZ


Ранее » İcra başçısı: "Fəhlələr işləyən sahədə dərman preparat...« Далее Sabah hava necə olacaq?
Flag Counter