Cəbhə bölgəsində Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı olub

Ölkə içi / Manşet

2 169

Cəbhə bölgəsində Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı olub
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi hissələrində tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edərək ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış olub.

Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları da xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda şəxsi heyətlə birlikdə nahar edilib.

VOİCEPRESS.AZ

Ранее » Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələbl...« Далее Bu çimərliklərə getməyin, xəstəlik saçır-VİDEO
Flag Counter