Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb

Ölkə içi / REGION+ / Manşet

927

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb
Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.

VOİCEPRESS.AZ-a verilən məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.








VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev Tovuz rayonuna yeni icra başçısı təyin e...« Далее Rusiyalı deputatlar və ekspertlər Lələtəpədə
Flag Counter