Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş sərgi keçirilib

Ölkə içi / Manşet

783

Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş sərgi keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi keçirilib.

VOİCEPRESS.AZ-ın xəbərinə görə, tədbirdə dövlət qurumları və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

"ASAN xidmət"in sədri Ülvi Mehdiyev bildirib ki, sərginin keçirilməsində məqsəd ABAD-çı olaraq fəaliyyət göstərən ailələrin əl işlərini və ABAD-çılar tərəfindən istehsal olunmuş qida məhsullarını daha geniş auditoriyaya çatdırmaqdır.

O qeyd edib ki, ABAD publik hüquqi şəxs tərəfindən Azərbaycanda ailə təsərrüfatlarına dəstək göstərilir.

Ü. Mehdiyev ABAD-çıların sayının 250-dən çox olduğunu vurğulayıb.

Sonra iştirakçılar sərgidə nümayiş etdirilən fotoşəkillərlə tanış olublar.

Tədbir bədii hissə ilə davam etdirilib.






VOİCEPRESS,AZ

Ранее » Bu il Şəki və İmişlidə "ASAN xidmət" mərkəzləri fəaliyyə...« Далее Uşaq zorakılığına görə tutulan tərbiyəçi barəsində həbs q...
Flag Counter