• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

Cərimə meydançasından buraxılış vərəqəsi ləğv edildi - YENİLİK

VOİCEPRESS.AZ avtosfer.az-a istinadən xəbər verir ki, bu günə qədər sürücülərin əsas problemlərindən biri, cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsinin tələb edilməsi idi. Yəni sənin avtomobilin cəriməni ödəmədiyinə görə (və ya başqa bir səbəbdən) cərimə meydnaçasına aparılırsa, cəriməni ödədikdən sonra sən vaxt itirib DYP-ə gedib buraxılış vərəqəsini almalı idin. İndi bu yoxdur.


Əvvəllər praktikada belə olurdu. Avtomobil cərimə meydançasına salınırdı, cərimə meydançasında ödəniş etmək mümkün deyildi, sən banka gedirdin, sonra DYP-ə gedib uzun növbədə dayanırdın, min-bir zülümlə buraxılış vərəqəsini alırdın, gəlirdin cərimə meydançasına, oradan səndən hətta bir gün qalmasa belə pul alırdılar və daha sonra avtomobilin buraxılırdı. İndi isə artıq belə deyil.

5 iyun 2018-ci il tarixində DİN Naziri Ramil Usubovun qərarı ilə "Yol Patrul Xidməti Haqqında" təlimata dəyişiklik edildi.

"Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.".

Bundan sonra necə olacaq ? Avtomobiliniz cərimə meydançasına gətirilibsə, siz cəriməni ödədikdən sonra dərhal avtomobil buraxılmalıdır. Bir sutka tamam olmamış minik avtomobillərindən 1 manat tələb etmək olmaz!!! Buraxılış vərəqəsi ləğv edildiyinə görə, cərimə ödənilməsi barəsində qəbz təqdim edildikdən sonra, avtomobil sərbəst buraxılır. Qəbz elə buraxılış üçün əsas sayılır.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter