Mədəniyyət və Turizm Nazirliyində hansı qurumlar var?

Ölkə içi

180

Mədəniyyət və Turizm Nazirliyində hansı qurumlar var?
Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.
VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişiklik "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Prezidentin 2018-ci il 20 aprel tarixli 4 nömrəli sərəncamının 2.7-ci bəndinə əsasən edilib.

Digər bir qərarla Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

VOİCEPRESS.AZ


Ранее » Raket bölmələri praktiki atışlar keçirib« Далее Bakı səmasında qırıcı təyyarələr-VİDEO
Flag Counter