• 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 
  • 10:20 – Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Sonuncu sınaq imtahanının nəticələri bu gün elan olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə iyunun 10-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş sual kitabçaları və test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-in mətbuat xidmətindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, imtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

10 iyunda keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin gün ərzində (axşam saatlarında) elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində>"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> "Sual kitabçaları" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter