Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluş” tamaşası oynanılacaq

Ölkə içi / Mədəniyyət

477

Milli Qurtuluş Günü münasibəti ilə “Qurtuluş” tamaşası oynanılacaq
İrəvan Dövlət Azərbaycan Dram Teatrı 13 iyun saat 15:00-da DTX-nin Heydər Əliyev adına Akademiyasında "Ulu Öndər Heydər Əliyev irsini öyrənirik" layihəsi çərçivəsində şair-dramaturq İftixarın "Qurtuluş dastanı" əsəri əsasında hazırlanmış "Qurtuluş" tamaşası ilə çıxış edəcək.
VOİCEPRESS.AZ
bildirir ki, bu barədə trend-ə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Tamaşa 15 iyun - Milli Qurtuluş Gününə həsr olunub.

Tamaşanın rejissoru və rəssamı əməkdar mədəniyyət işçisi İftixar Piriyev, ikinci rejissoru Xaqani Əliyev, musiqi tərtibatı Günay Muradovadır.

Səhnə əsərində Ümummilli Lider Heydər Əliyevin bədii obrazını teatrın direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandıracaq. Digər rolları əməkdar artistlər Vaqif kərimov, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu, Tural Xəlilzadə, Natiq Həziyev, Gültac Əsgərova və Rövşən Cəfərov ifa edəcəklər.

Səhnə əsərində Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub.

VOİCEPRESS.AZ


Ранее » Sofa Bəsirzadənin 100 illik yubileyi qeyd olunacaq« Далее Xalq artisti məmurla dalaşdı, vəzifəsindən istefa verdi
Flag Counter