• 15:49 – İlham Əliyev Nursultan Nazarbayevə zəng elədi 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 
  • 22:20 – Zurabişvili azərbaycanlıların kəndinə gəldi 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

Transplantasiya edilə biləcək orqanların siyahısı genişləndirilir - VİDEO

Azərbaycanda transplantasiya edilə biləcək orqanların siyahısı genişləndirilir.

VOİCEPRESS.AZ
xezerxeber.az-a istinadən bildirir ki, Milli Məclisin Səhiyyə komitəsində "İnsan orqan və toxumalarının transplantasiyası" haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Bildirilib ki, ölkədə böyrək və qaraciyər köçürülməsinə ehtiyacı olan 1600-ə yaxın insan var. Hazırlanan yeni layihədə köçürülə biləcək orqanların sayı artırılıb.

Layihəyə əsasən canlı donor kənar təsirlər olmadan orqan və toxumaların götürülməsinə yazılı razılığını bildirməlidir. Sağlığında orqanlarından donor kimi istifadəsindən yazılı imtina edən şəxsdən donor kimi istifadə edilə bilməz. Digər hallarda isə meyitdən donor kimi istifadə etmək üçün ölmüş şəxsin yaxınlarının icazəsi alınmalıdır. Lakin qəza və ya hər hansı bir təbii fəlakət zamanı ölmüş şəxsdən gözün buynuz qişası icazə alınmadan götürülə bilər.

"Tibbi optika haqqında" qanun layihəsinin isə Azərbaycanda optika mağazalarının fəaliyyəti ilə bağlı tələbləri müəyyənləşdirir. Hər iki qanun layihəsində düzəlişlər aparılması və yenidən komitənin iclasında müzkirəyə çıxarılması tövsiyyə edilib.



VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter