Azərbaycanda uşaq ölümünün sayı artıb

Ölkə içi / Manşet

3 968

Azərbaycanda uşaq ölümünün sayı artıb
Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı artıb. VOİCEPRESS.Az-ın məlumatına görə, rəsmi statistik rəqəmlərdə ciddi artma müşahidə olunub.

Əgər 2010-cü ildə bu rəqəm 1843 idisə bu il həmin göstərici 2033 olub. Ölüm hallarının çox olması bir sıra səbəblərlə əlaqələndirilir. Bu səbəblər arasında tənəffüs sistemi xəstəliklərindən ölüm birinci yerdə dayanır.

Ötən il 221 nəfər uşaq bu xəstəliklərdən dünyasını dəyişib. Statistik məlumatlara görə, ölən körpələrin çoxu oğlan uşaqlarıdır.
2014-cü ildə ölən 1 yaşadək oğlan uşaqlarının sayı azalaraq 976-a (həmin ildə ölən 1 yaşadək uşaqların ümumi sayı 1655 olub) ensə də, 2015-ci ildə ölən oğlan uşaqlarının sayı (1 220) yenidən artıb.

Ölkənin baş pediatoru Nəsib Quliyev bu rəqəmlərin həqiqətə uyğun olmadığını deyib.

O, bəzi hallarda şişirtmələrə yol verildiyini iddia edir. Baş pediator bunu doğumun sayının artması ilə əlaqələndirərək bildirib ki, buna mütənasib olaraq ölüm hallarının artması normaldır.

Baş pediatrın sözlərinə görə, 2015-ci ilin yanvarından etibarən Azərbaycan "diri doğulmanın" yeni meyarına keçib.

"Təbii ki, burda da ölüm faizi çox yüksəkdir. Dünyanın bütün ölkələrində diri doğulmanın yeni meyarlarına keçilirsə, o zaman ölüm göstəricisində yüksəlmə müşahidə olunur, hələ Azərbaycanda çox az yüksəlib" - deyə pediator bildirib.

VOİCEPRESS.AZ

Ранее » Nazirlik həyəcan təbili çalıb« Далее Gürcüstanda zəlzələ, Azərbaycan da silkələndi
Flag Counter