Gömrükdəki məşhur general işdən çıxarıldı

Ölkə içi

396

Gömrükdəki məşhur general işdən çıxarıldı
Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun işdən çıxarıldığı haqda xəbər yayılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundov VOİCEPRESS.AZ-a xəbəri təsdiqləyib. Bildirib ki, Vüsal Novruzov sərəncama götürülüb.

Artıq Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə yeni təyinat da gerçəkləşib. Bu vəzifəyə İsmayıl Hüseynov gətirilib. İ.Hüseynov bu təyinatadək Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışırdı.


Qeyd edək ki, gömrük xidməti general-mayoru Vüsal Novruzovun adı uzun müddətdir bir çox qaranlıq işlərdə hallandırılır.

VOİCEPRESS.AZ


Ранее » Bu gün Bakıda atəşfəşanlıq olacaq« Далее Sabah yağış yağacaq
Flag Counter