İftarda bunları əsla etməyin!

Ölkə içi / Maraq

315

İftarda bunları əsla etməyin!
Sağlam qidalanma üzrə türkiyəli mütəxəssislər vətəndaşları Ramazan ayında düzgün qidalanma barədə xəbərdarlıq edib.

VOİCEPRESS.AZ
xəbər verir ki, ekspertlər iftarda xəmir yeməklərini çox isti halda yeməməyi və orucu buz kimi su ilə açmamağı məsləhət görüb.

Çörəyi və xəmir yeməklərini çox isti yeməyin

Ekspertlərə görə, çörəyi isti yemək qida borusu və ağzı qıcıqlandırır, həmçinin mədə pozğunluğuna səbəb olur. Bağırsaq hərəkətlərini yavaşladır və nəticədə qəbizliyə səbəb olur. Odur ki, çörəyi mümkün qədər az və çox isti halda yeməməyə çalışın.

Sürətlə yeməyin, şorba və çayı qaynar içməyin

Orucu açanda bir çox şəxs aclığın təsiri ilə sürətlə yeməyə başlayır. Əgər siz də belə yeyirsinizsə, bu vərdişi tərgidin. Çünki çay və şorbaları qaynar içmək qida borusu və ağız içi xərçənginin yaranması ehtimalını artırır.

Orucu buz kimi suyla açmayın

Bütün gün ac qaldıqda axşama yaxın istər-istəməz boğazımız quruyur. Bu zaman ürəyimiz buz kimi su istəyə bilər. Lakin ekspertlər hesab edir ki, orucu buz kimi su ilə açmaq toxuma hüceyrələrində pozğunluq meydana gətirir və bədən müqavimətini zəiflədir.

Qəhvə və qara çayı azaldın


Yadda saxlayın ki, qəhvə və çay orqanizmin ehtiyacı olduğu suyu qarşılamır. Çay və qəhvə ürəkdə döyüntü riskini artırır və suyu əvəz etmir. Odur ki, imsakda və iftarda suya üstünlük verin.

İftarı iki mərhələyə bölün

Orucu açdıqdan sonra bədəni birdən çox yeməklə yükləməyin. Bunun əvəzinə iftarı iki mərhələyə bölün. Su və xurma ilə orucu açdıqdan sonra şorba kimi yüngül xörəklərə üstünlük verin. Bir müddət sonra əsas yeməklərə yönəlin.

İmsaka mütləq durun

Ramazan ayında imsakda durmaq çətin olsa da, oyanın və imsakda bərəkət olduğunu unutmayın. İmsakda dursanız, gün ərzində həm enerjili, həm də gümrah olacaqsınız.

Ac qarına məşq etməyin

Ac qarına idman etmək qanda şəkərin miqdarını aşağı salır. Bu səbəbdən məşq etmək üçün iftar sonrasını gözləməlisiniz. İftardan sonra templi yürüşə çıxa və ya məşq edə bilərsiniz.

VOİCEPRESS.AZ


Ранее » Yaxın günlərdə maqnit qasırğaları Yeri cənginə alacaq« Далее Oruc tutanlara həkim məsləhəti-VİDEO
Flag Counter