Aeroport yolu və Bibiheybət məscidi istiqamətində hərəkət məhdudlaşdırılacaq

Ölkə içi

2 106

Aeroport yolu və Bibiheybət məscidi istiqamətində hərəkət məhdudlaşdırılacaq
VOİCEPRESS.AZ xəbər verir ki, AAYDA və BNA-nin birgə məlumatına görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi - Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

VOİCEPRESS.AZ


Ранее » Cəbhədən xəbər var« Далее Cəbhədə gərgin gecə
Flag Counter