Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni TƏYİNAT

Ölkə içi / Səhiyyə / Manşet

1 908

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni TƏYİNAT
CBC telekanalında Xəbərlər Departamentinin prodüseri Yaqut Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova VOİCEPRESS.AZ-a faktı təsdiqləyib. S.Əhmədova bildirib ki, Yaqut Məmmədova hazırda məsləhətçi olaraq çalışır.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.

VOİCEPRESS.AZ


Ранее » Dəhşətli yanğında ölənlərlə bağlı yeni xəbər var« Далее Nazir məşhur cərrahı vəzifədən azad etdi