“Dövlətqaçqınkom” 100 yaşlı köçkünə ev verdi

Ölkə içi

1 152

“Dövlətqaçqınkom” 100 yaşlı köçkünə ev verdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Vətən müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğluna ev verib.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, köçkünə Xətai rayon ərazisində 2 otaqlı ev verilib.

Xatırladaq ki, mayın 8-i Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyevin müşayəti ilə Böyük Vətən müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Famil Əliyev ilə görüşmüşdü.

Komitə sədri Böyük Vətən müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanmışdı.

VOİCEPRESS.AZ


Ранее » Sabah 30 dərəcə isti olacaq« Далее Cəbhədən xəbər var
Flag Counter