YAP-ın yeni inzibati binasının açılışı oldu

Ölkə içi

261

YAP-ın yeni inzibati binasının açılışı oldu
Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

VOİCEPRESS.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

VOİCEPRESS.AZ


Ранее » Alpinistlərin birgə səfərinin hədəfi nə idi?« Далее Laçından son görüntülər - Video
Flag Counter