FHN: İtkin düşmüş alpinistlərin axtarışları davam edir

Ölkə içi

1 368

FHN: İtkin düşmüş alpinistlərin axtarışları davam edir
"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

VOİCEPRESS.AZ
xəbər verir ki, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

Hava şəraitinin istiləşməsi və qarın tədricən əriməsi ilə əlaqədar olaraq axtarış tədbirləri intensivləşib.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

VOİCEPRESS.AZ


Ранее » Cəmil Quliyev İTV-nin baş direktorluğundan getdi« Далее Yeni nazirin yerinə başqası təyin edildi