Xarici mətbuatda şərqşünas alim Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub

Ölkə içi / Manşet

459

Xarici mətbuatda şərqşünas alim Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
Küveyt Universitetinin geniş oxucu auiditoriyasına malik həftəlik dərc olunan Afaq qəzetində Universitetin Dillər Mərkəzində təhsil alan azərbaycanlı tələbə Elnurə Süleymanovanın ərəbşünas, filologiya elmləri doktoru, şərqşünaslıq üzrə professor Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqaləsi dərc olunub.

VOİCEPRESS.AZ
xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, sözügedən məqalədə professor Aida İmanquliyevanın orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olması və elə həmin universitetin Şərq xalqları və ədəbiyyat tarixi kafedrasını fərqlənmə diplomu ilə bitirməsi və daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil alm barədə məlumat verilib.

Məqalədə A.İmanquliyevanın qısa müddət ərzində namizədlik dissertasiyasını müdafiə etməsi, məhcər ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mixail Nuaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazması və öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrildiyi barədə geniş məlumat verilib.

Eyni zamanda məqalədə A.İmanquliyevanın Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlaması, 1973-cü ildə həmin institutda baş elmi işçi kimi çalışması, 1976-cı ildən ərəb filologiyası şöbəsinin müdiri, 1988-ci ildən elmi işlər üzrə direktor müavini, daha sonra isə ömrünün son günlərinədək Azərbaycan EA şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışması barədə ətraflı məlumat verilib.

Daha sonra məqalədə A.İmanquliyevanın 1989-cu ildə Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etməsi, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olması və tezliklə bu ixtisas üzrə professor adını alması barədə oxuculara məlumat verilib.

VOİCEPRESS.AZ


Ранее » Erməni ordusu cəbhədə təxribat törətdi: kənd sakini yaralandı« Далее Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilər...
Flag Counter